Son dəqiqə

Türkiyə Antalya Qətər Hakan Fidan Yaxın Şərq Doha Yaxın Şərqdə müharibə ehtimalı Yaxın Şərqdə sabitlik

Türkiyə XİN Doha Forumunda regional və beynəlxalq məsələləri müzakirə edəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi edəcəyi 23-cü Doha Forumuna qatılmaq üçün Qətərə səfər edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan 6-7 dekabr tarixlərində 23-cü Doha Forumunda iştirak edəcək.

Nazir Fidanın forum çərçivəsində 6 dekabrda “Bölünmə Dövründə Vasitəçilik” başlıqlı açılış sessiyasında və “Yaxın Şərqdə Təhlükəsizlik Arxitekturasının Formalaşması və Türkiyənin Bölgədə Sabitlik Yaratmağa Yönəlmiş Fəaliyyətləri” mövzusunda müsahibə formatlı “newsmaker” sessiyasında çıxış etməsi nəzərdə tutulur.

Hakan Fidan həmçinin forum çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.

Regional və beynəlxalq məsələlərin müzakirə olunduğu nüfuzlu diplomatiya forumu olan Doha Forumu, bu il “Ədalətin Təminatı: Vədələrdən Konkret Reallığa” mövzusu ilə təşkil ediləcək.

Foruma dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, düşüncə qurumları, akademiklər və ekspertlərin qatılması gözlənilir.

Doha Forumunun məzmun tərəfdaşları arasında Antalya Diplomatiya Forumu da yer alır.

Mövzuya görə xəbərlər