Son dəqiqə

Türkiyə Ukrayna Rəcəb Tayyib Ərdoğan Hakan Fidan Ukrayna və Rusiyanın barışıq təklifləri Ukrayna münaqişəsi və sülh danışıqları Ukrayna ilə bağlı bəyanat Ukraynanın NATO üzvlüyü məsələsi Ukrayna ərazi bütövlüyü Burhanəddin Duran

Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı “Könüllülər Koalisyonu Liderlər Zirvəsi”nin onlayn formatda keçirilən iclasında iştirak edib. İclasda Ukrayna–Rusiya müharibəsində son vəziyyət, atəşkəs təşəbbüsləri və diplomatik səylər müzakirə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.

Burhanəddin Duran bildirib ki, Prezident Ərdoğan toplantıda münaqişənin tezliklə ədalətli və davamlı sülhlə nəticələnməsi üçün Türkiyənin diplomatik vasitəçilik səylərini davam etdirdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar yenidən İstanbulda təşkil oluna bilər və Ankara bu istiqamətdə hər iki tərəflə təmasları davam etdirir.

Toplantıda Türkiyə tərəfindən əlavə olaraq bildirilib ki, enerji və liman infrastrukturlarını əhatə edən genişmiqyaslı atəşkəs mexanizmi, gələcək sülh müqaviləsi üçün əlverişli zəmin yarada bilər.

İclasda 35 ölkənin nümayəndələri iştirak edib və tərəflər arasında daimi sülhün təmin olunması üçün mümkün addımlar müzakirə olunub.

Toplantıda Prezident Ərdoğan Vitse-prezident Cevdet Yılmaz, Xarici İşlər naziri Hakan Fidan, Kommunikasiya rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan, AKP sözçüsü Ömer Çelik müşayiət edib.

Mövzuya görə xəbərlər