Son dəqiqə

Türkiyə Gürcüstan Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya C130 hərbi təyyarəsi

Türkiyə Daxili İşlər naziri təyyarənin qəzaya uğradığı əraziyə gəlib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gedib.

TurkicWorld xəbər verir ki, nazir bu barədə “X” sosial platformasında paylaşım edib.

Ali Yerlikaya təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb. Türkiyə tərəfi hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatları göndərib.

Mövzuya görə xəbərlər