Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı Qəzza Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri

Türkiyə Qəzza əhalisinin yanındadır - Ərdoğan

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə Qəzza əhalisinin yanındadır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında səsləndirib.

"Türkiyə, İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin tamamilə nəzarəti itirdiyi bu çətin günlərdə, bütün imkanları ilə Qəzza əhalisinin yanındadır" – deyə, Ərdoğan bildirib.

Xatırladaq ki, İsrail ordusu bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə hücumlar həyata keçirib. Səhiyyə mənbələri və şahidlərin məlumatına görə, hücumlarda ümumilikdə 25 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

Mövzuya görə xəbərlər