Son dəqiqə

FETÖ Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya FETÖ xarici maliyyə dəstəyi FETÖ qaralama kampaniyası

Türkiyədə FETÖ -yə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 10 gündə ölkənin 29 şəhərində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar zamanı 49 şübhəlinin saxlanıldığını, onlardan 39 nəfərinin həbs edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir Yerlikaya bu barədə sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, İstanbul, İzmir və Ankara da daxil olmaqla bir çox şəhərdə polislər tərəfindən koordinasiyalı əməliyyatlar həyata keçirilib.

Saxlanılan şəxslər sosial media üzərindən FETÖ təbliğatı aparmaq, təşkilatın hazırkı strukturlarında fəal iştirak etmək, ankesorlu telefonlarla əlaqə yaratmaq və terror təşkilatı ilə əlaqəli saxta yardım qurumlarına maliyyə dəstəyi vermək kimi ittihamlarla axtarılırıb.

Mövzuya görə xəbərlər