Son dəqiqə

Türkiyə qəza Hava şarları

Türkiyədə iki hava şarı yerə çırpılıb - Ölən var

BAKI, TurkicWorld

Türkiyənin Aksaray vilayətindəki Ihlara Vadisindən havaya qalxan iki isti hava şarı qəza nəticəsində Gözdülükuyu bölgəsində yerə düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Yaralılar xəstəxanalara çatdırılıb.

Mövzuya görə xəbərlər