BAKI, TurkicWorld
Türkiyənin Konya vilayətində bi məktəbdə silahlı insident baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, hadisə Konyanın Karatay rayonunda yerləşən Fetihkent İmam Hatip Orta məktəbində baş verib. Məktəbin 33 yaşlı müəllimi Muhammed Öz hadisə yerində öldürülüb.
Hadisə yerinə çatan polis qrupları, şübhəlini saxlayıb. Hazırda hüquq-mühafizə orqanlarının hadisə yerində araşdırmaları davam edir. Hadisənin motivi barədə rəsmi açıqlama verilməyib.







