Son dəqiqə

Naxçıvan İstanbul Gəncə Sabiha Gökçen Havalimanı Türkiyədə hava nəqliyyatı 2025 Aviasiya sektoru AJet hava yolları İstanbul-Naxçıvan-Gəncə uçuşu

İstanbuldan Naxçıvan və Gəncəyə yeni hava marşrutu istifadəyə verilib

BAKI, TurkicWorld

AJet hava yolları İstanbul-Naxçıvan-Gəncə marşrutu üzrə ilk uçuşunu uğurla həyata keçirib.

TurkicWorld xəbər verir ki, yeni reysin ilk təyyarəsi İstanbul Sabiha Gökçen Hava Limanından havaya qalxaraq əvvəlcə Naxçıvan, daha sonra isə Gəncəyə enib.

Hər iki hava limanında təşkil olunan rəsmi qarşılanma mərasimlərində AJet-in rəhbər şəxsləri, konsulluq nümayəndələri və yerli hava limanı yetkililəri iştirak ediblər.

Yeni marşrut üzrə uçuşlar həftənin çərşənbə axşamı və şənbə günləri olmaqla, Sabiha Gökçen-Naxçıvan-Gəncə və əks istiqamətdə davam etdiriləcək.

Qeyd edək ki, bu yeni reys Türk dövlətləri arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və bölgələrarası ticarət-turizm potensialının artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər