Son dəqiqə

Türkiyə meşə yanğınları Türkiyədə meşə yanğınları Meşə yanğınlarına qarşı tədbirlər

Meşə yanğınlarının qarşısını almaq üçün Türkiyədə fövqəladə tədbirlər

BAKI, TurkicWorld

Türkiyənin Bilecik şəhərində meşə yanğınlarının qarşısını almaq məqsədilə meşəlik ərazilərə giriş 5 ay müddətinə qadağan olunub.

TurkicWorld-un məlumatına görə, qərara əsasən 5 iyun – 31 oktyabr 2025-ci il tarixləri arasında bu ərazilərə yalnız Bilecik Valiliyindən xüsusi icazə almış şəxslər daxil ola biləcəklər.

Mövzu ilə bağlı açıqlama verən Bilecik valisi Şefik Aygöl bildirib ki, yanğın təhlükəsinin qarşısını almaq üçün bütün tədbirlər görülür. Vali Aygöl, Vezirhan Meşə Yanğınlarına Müdaxilə Stansiyasında Bursa Regional Meşə İdarəsinin müdiri Erdal Şahan, İl Jandarma Komandiri polkovnik Ferdi Erbakıcı və digər rəsmi şəxslərlə birlikdə ərazidə vəziyyəti dəyərləndirib.

“Ötən il Bilecikdə 22 meşə yanğını baş verib və nəticədə təxminən 25 hektar meşə sahəsi zərər görüb. Bu səbəbdən bu il iyunun 5-dən oktyabrın 31-dək meşə ərazilərində tonqal qalamaq, piknik etmək və digər oxşar fəaliyyətlərə qadağa qoyulub. Məqsədimiz meşələrimizi qorumaq və təbii sərvətimizi gələcək nəsillərə ötürməkdir,” – deyə vali vurğulayıb.

Aygöl əlavə edib ki, bu mövsüm meşə yanğınlarına qarşı mübarizə üçün ümumilikdə 829 nəfərlik heyət səfərbər olunacaq. Vezirhan bölgəsində bir ədəd yanğınsöndürmə helikopteri, Yenişəhər Hava Limanında isə pilotsuz uçuş aparatı (PUA) fasiləsiz şəkildə, 24 saat rejimində fəaliyyət göstərəcək.

Mövzuya görə xəbərlər