BAKI, TurkicWorld
NATO-nun ikinci ən güclü ordusuyuq, sülh danışıqlar yolu ilə mümkündür.
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən NATO Xarici İşlər Nazirləri Zirvəsində çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə dair optimist açıqlamalar verib.
Nazir bildirib ki, danışıqlar yolu ilə ədalətli və davamlı sülh mümkündür.
“İnşallah, Rusiya ilə Ukrayna arasında davamlı sülh əldə olunacaq. Avropanın təhlükəsizliyini NATO-dan ayrı düşünmək mümkün deyil. NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə bu prosesdə mühüm rol oynayır” - deyə o bildirib.
Fidan həmçinin qeyd edib ki, Türkiyə üçün Suriyanın sabitliyi də prioritet məsələlər sırasındadır.
Qeyd edək ki, İstanbulda bu gün keçiriləcək Rusiya-Ukrayna danışıqlarında hər iki tərəfin sülh əldə olunması üçün öz şərtlərini təqdim etməsi gözlənilir. ABŞ prezidenti Donald Tramp da “əgər münasib olarsa, sabah İstanbula gələ bilərəm” deyə açıqlama verib.






