BAKI, TurkicWorld
Türkiyənin bölgədəki təcrübəsi təkcə Suriya daxilində deyil, beynəlxalq səviyyədə də təqdir və etimadla qarşılanır.
TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, qoşun komandanları və sərhədyanı birlik rəhbərləri ilə keçirdiyi geniş miqyaslı video konfrans zamanı səsləndirib.
Görüşdə Suriyadakı son vəziyyət və TSK-nın qarşıdakı fəaliyyət planları müzakirə olunub.
Nazir bildirib ki, Türkiyə bölgə ölkələri ilə ortaq hərbi koordinasiya mərkəzinin yaradılmasını planlaşdırır. Bu təşəbbüsün məqsədi regional sahiblənməni artırmaq və beynəlxalq hüquqa uyğun şəkildə sülh və sabitliyə xidmət etməkdir.
Həmçinin Gülər bir daha vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri özünə təhdid olmayan heç kimə təhdid deyil. Əksinə, TSK-nın mövcud olduğu hər bölgəyə sabitlik, rifah və sülh gətirdiyi qeyd olunub.
Nazir sonda bildirib ki, Türkiyənin sülhə və təhlükəsizliyə yönəlik səyləri, eyni zamanda diplomatik və hərbi baxımdan bölgədəki proseslərin yönəldilməsində mühüm rol oynayacaq.