Son dəqiqə

ABŞ Suriya İraq Donald Tramp neft kəməri Kərkük Hörmüz boğazı Baniyas

ABŞ İraq–Suriya neft kəməri layihəsinə dəstək verir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin İraq və Suriya ilə birlikdə İraqın şimalındakı Kərkük şəhərini Suriyanın Aralıq dənizi sahilində yerləşən Baniyas limanı ilə birləşdirən köhnə neft kəmərinin bərpası üzərində çalışdığı bildirilir. Layihənin məqsədi İraqın neft ixracını Hörmüz boğazından asılı olmadan həyata keçirməsinə imkan yaratmaqdır.

TurkicWorld xəbər verir ki, yayılan məlumata görə, onilliklərdir istismarda olmayan və ciddi şəkildə zədələnmiş təxminən 800 kilometrlik neft kəmərinin bərpası ilə bağlı razılaşmanın gələn həftə İraqın Baş naziri Əli əz-Zaidi ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ evdə keçiriləcək görüş zamanı elan olunacağı gözlənilir.

Mənbələrin bildirdiyinə görə, mövcud kəmərin texniki vəziyyəti çox ağır olduğundan onun tamamilə yenidən inşa edilməsi daha real variant hesab olunur. Layihənin həyata keçirilməsinin iki-üç il çəkə biləcəyi qeyd edilir.

Məlumata əsasən, layihənin icrasında iştirak etmək üçün artıq bir sıra ABŞ şirkətləri cəlb olunub. Neft kəmərinin istifadəyə verilməsi İraqın Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxışını genişləndirə və Hörmüz boğazından asılılığı azalda bilər.

Mövzuya görə xəbərlər