Türk Hava Yolları Misir Avropa Afrika THY Qahirə

Türk Hava Yolları Afrikanın dünya ilə inteqrasiyasını hədəfləyir

BAKI,TurkicWorld

Türk Hava Yolları (THY) Afrikaya 1956-cı ildə başladığı ilk uçuşundan bu günədək qitənin 39 ölkəsində 51 nöqtəyə çataraq ən geniş uçuş şəbəkələrindən birini yaradıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Şirkət, 2033-cü il üçün müəyyən etdiyi strateji vizion çərçivəsində Afrikaya uçuş sayını daha da artıraraq, qitənin dünya ilə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

THY ilk dəfə 1956-cı ildə Misirin paytaxtı Qahirəyə uçuş həyata keçirməklə Afrikaya səfərlərinə başladı və hazırda Afrika qitəsində ən geniş uçuş şəbəkəsinə sahib aviaşirkətlərdən birinə çevrilib.

2033-cü ilə qədər təyyarə parkını 813-ə çatdırmağı planlaşdıran THY, Afrika istiqamətində uçuşlarını daha da artıraraq bu qitənin qlobal aviasiya sektorunda nüfuzunu artırmağı nəzərdə tutur.

THY mədəni zənginliyi, inkişaf edən iqtisadiyyatı və strateji mövqeyi ilə dünya aviasiyasında önəmi artan Afrikanı təkcə Türkiyə ilə deyil, həm də Avropa və Amerika qitələri ilə əlaqələndirən körpü rolunu oynayır.

Afrikaya uçuş şəbəkəsini genişləndirən THY, qitənin dünyaya açılan əsas qapılarından birinə çevrilib. Şirkət qitədə aviasiya infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, həm də turizm və ticarət sahələrinə dəstək göstərərək iqtisadi inkişafa birbaşa təsir edir.

THY-nin Afrika qitəsinə yatırımları qitənin beynəlxalq aviasiyada mövqeyini artırmaqla yanaşı, həm də Afrikanın beynəlxalq inteqrasiyasını sürətləndirir.

Türk Hava Yolları Afrikanın dünyaya açılan əsas qapılarından biri olmaq istiqamətində inamla irəliləyir, qitəyə təqdim etdiyi nəqliyyat imkanları və iqtisadi dəstəyi ilə bölgənin inkişafına töhfə verir.

Mövzuya görə xəbərlər