Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyənin təbii qaz anbar tutumu 12 milyard kubmetr olacaq - Bayraktar

BAKI, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, ölkənin təbii qaz anbar tutumunu 2028-ci ilə qədər 12 milyard kubmetrə çatdırmağı hədəflədiklərini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazir bu bəyanatı Yeni Yol Partiyasının İzmir Millət vəkili Mustafa Bilicinin sualına cavab olaraq verib.

O, fasiləsiz qaz təchizatı və enerji təhlükəsizliyinin təmin edilməsində yeraltı qaz anbarlarının əhəmiyyətini vurğulayıb.

Bayraktar hazırda Şimali Mərmərə Yeraltı Təbii Qaz Anbarının 5,8 milyard kubmetr, Tuz Gölü Təbii Qaz Anbarının 1,2 milyard kubmetr, digər anbarın isə 4,6 milyard kubmetr qaz saxlama qabiliyyətinə malik olduğunu bildirib.

O, anbarların tam gücü ilə işlədiyini və enerji təchizatı təhlükəsizliyinin artırılması üçün genişləndirmə işlərinin davam etdiyini vurğulayıb. Nazir əlavə edib ki, 2028-ci ilə qədər həyata keçiriləcək layihələrlə ölkənin ümumi qaz anbar tutumu 12 milyard kubmetrə çatdırılacaq.

Mövzuya görə xəbərlər