Türkiyə ABŞ Yunanıstan

ABŞ-ın yeni siyasəti Yunanıstanı narahat edir

Bakı, TurkicWorld

ABŞ-ın Avropanı Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə danışıqlardan kənarda qoyması Yunanıstanı ciddi narahat edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki , Afina administrasiyası geosiyasi əhəmiyyətini itirmək riski ilə üzləşdiyini düşünərək ABŞ-la əlaqələrini gücləndirmək üçün addımlar atmağa başlayıb.

ABŞ prezidenti Donald Trampın Brüsseli gözdən salmaq siyasəti və Rusiyanın Ukraynada zəbt etdiyi ərazilərdən çıxarılmayacağı ilə bağlı açıqlamaları Afinanı ciddi şəkildə narahat edir.

Afina administrasiyası xüsusilə Trampın Avropanın təhlükəsizliyi üçün hərbi öhdəliklərdən imtina edəcəyini bildirməsindən sonra Yunanıstanın geosiyasi mövqeyinin zəifləyəcəyini proqnozlaşdırır.

Belə ki, Afina, Türkiyə Boğazlarının qlobal ticarətə artan təsirini nəzərə alaraq, öz limanlarının – xüsusilə Dedeağaç limanının – əhəmiyyətinin azalacağından ehtiyat edir.

Həmçinin, Tramp administrasiyasının Avropaya müdafiə və Ukrayna siyasəti baxımından dəstəyini azaltması, Yunanıstanın regional rolunu təhlükə altına qoya bilər.dı

Qeyd edək ki, Yunanıstan hökuməti artıq ABŞ-ın yeni administrasiyası ilə əlaqələrini möhkəmləndirmək üçün dərhal tədbirlər görməyə başlayıb.

Məlum olub ki, Yunanıstan Xarici İşlər Nazirliyi Vaşinqtonda yerləşən BGR Group lobbi şirkəti ilə illik 600 min dollarlıq müqavilə imzalayıb. Bu addımın məqsədi ABŞ-dakı siyasətçilərə Yunanıstanın geosiyasi əhəmiyyətini xatırlatmaq və Vaşinqtonun dəstəyini qorumaqdır.

Mövzuya görə xəbərlər