Son dəqiqə

Türkiyə İŞİD Ali Yerlikaya

Türkiyənin 3 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə mərkəzi Manisada olan və Adana ilə İzmir vilayətlərində də həyata keçirilən "Gürz-38" əməliyyatı nəticəsində 23 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

Nazirlikdən verilən məlumata görə, şübhəlilər İŞİD daxilində aktiv fəaliyyət göstərən şəxslərdir. Onların terror təşkilatı adına silah əldə etdikləri və terror aktlarına hazırlıq gördükləri müəyyən edilib.

"Polis, Jandarma və Kəşfiyyat bölmələrimizlə birlikdə terrorun mənbəyində məhv edilməsi strategiyamızı qətiyyətlə həyata keçiririk. Heç bir terror qrupu ölkəmizin təhlükəsizliyini təhdid edə bilməz. Bu əməliyyatda iştirak edən Respublika Baş Prokurorluğunu və jandarma qruplarını təbrik edirəm." - deyə nazir bildirib.