Son dəqiqə

Türkiyə TUSAŞ ANKA - 3

ANKA III-dən daha bir ilk - hədəf tam dəqiqliklə vurulub

Bakı,TurkicWorld

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən milli imkanlarla inkişaf etdirilən və delta qanad quruluşuna malik ANKA III pilotsuz uçuş aparatı (PUA) yeni bir uğura imza atıb.

TurkicWorld xəbər verir ki, TUSAŞ-ın sosial media hesabından yayımlanan açıqlamada, ANKA III-ün 28 dekabr 2023-cü ildə ilk uçuşunu həyata keçirdiyi və sınaq uçuşlarının davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, ANKA III ASELSAN tərəfindən yerli və milli istehsal edilən TOLUN sursatı ilə 20 min fut yüksəklikdən və 180 düyün sürətlə atış edib. Sursat hədəfi tam dəqiqliklə vurub və bu addım Türkiyənin mühəndislik qabiliyyətini bir daha sübut edib.

Prezident Müdafiə Sənayesi Başçısı Haluk Görgün ANKA III-ün yeni uğurunu sosial media hesabında paylaşaraq, “ANKA III gövdənin içindən atdığı sursatla ölkəmizin mühəndislik gücünü bir daha sübut etdi. 20 min fut yüksəklikdə və 180 düyün sürətlə edilən bu atış müstəqil müdafiə sənayesi texnologiyalarımızın çatdığı zirvəni simvollaşdırır.” - deyə bildirib.

Görgün qeyd edib ki, ANKA III-ün uğuru ASELSAN və TUSAŞ mühəndislərinin əzmini və Türkiyənin müdafiə sənayesindəki irəliləyişini göstərir. O, bu tarixi nailiyyətdə əməyi keçən bütün komanda üzvlərinə təşəkkür edib.

ANKA III layihəsi, Türkiyənin müstəqil müdafiə sənayesi sahəsində texnoloji üstünlüyünü və qabaqcıl mühəndislik qabiliyyətlərini ortaya qoyur. Gövdənin içindən sursat atmaq qabiliyyəti ilə ANKA III, düşmən radarlarına yaxalanmadan gizli və dəqiq hücum imkanlarını daha da artırır

Mövzuya görə xəbərlər