Son dəqiqə

Türkiyə

Türkiyədə bələdiyyə sədri həbs edilib

Bakı,TurkicWorld

İstanbulda tenderdə korrupsiya ilə bağlı araşdırma aparılıb və 47 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

TurkicWorld xəbər verir ki, saxlanılan şübhəlilər arasında Beşiktaş bələdiyyə sədri Rıza Akpolat da var.

İstintaq çərçivəsində aralarında Akpolat da daxil olmaqla 39 şübhəli saxlanılıb. Şübhəlilərin polis bölməsində əməliyyatları davam edir.

Polis qrupları səkkiz şübhəlinin tutulması üçün işlərini davam etdirir.

Bundan əlavə, polis qruplarının bələdiyyə binası ətrafında aldığı təhlükəsizlik tədbirləri davam edir.

Mövzuya görə xəbərlər