Bakı, TurkicWorld
Əgər terror bitərsə, türk milləti rahat nəfəs alacaq.
TurkicWorld xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxışı zamanı Türkiyədə terrorun sona çatmasının milli birliyin güclənəcəyinə inandığını bildirib.
“Terrorçuların sonu ya yerə yıxılmaq, ya da dəmir barmaqlıqlar arxasına düşməkdir. Türk milləti rahat nəfəs alacaq. Milli birliyimiz bayrağı hər kəsi öz kölgəsi altına yığacaq, qardaşlıq daha da möhkəmlənəcək. Əllər birləşəcək, düşmən baxışlar qovulacaq.” - deyə o bildirib.
MHP lideri bəzi kiçik siyasi partiyaların MHP-ni təqib etdiyini və ölkənin milli maraqlarına zidd fəaliyyət göstərdiyini vurğulayıb. Bahçeli bu cür siyasi manipulyasiyalara qarşı MHP-nin mübarizə aparacağını söyləyib.
Bahçeli çıxışında terroru dəstəkləyən dairələrə də sərt mesaj göndərərək, 'Hər yer Qəzza olacaq' deyənlər unutmasınlar ki, Qəzza artıq içimizdədir. Türk milləti bunları görür və lazımi addımları atacaq.” - deyə vurğulayıb.