Son dəqiqə

ATƏT Feridun Sinirlioğlu

Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi oldu

Bakı, TurkicWorld

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi təqaüddə olan səfir Feridun Sinirlioğlu olub.

TurkicWorld xəbər verir ki, dekabrın 5-6-da Maltada xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi ATƏT-in 31-ci Nazirlər Şurasının iclası keçirilib.

İclasda ötən ilin sentyabrından açıq olan ATƏT-in baş katibi vəzifəsinə Türkiyənin namizədi, istefada olan səfir Sinirlioğlunun seçilməsi qərara alınıb.

Səfir Sinirlioğlu Təşkilatın əsasını təşkil edən 1975-ci il Helsinki Yekun Aktının 50 illik tarixində ATƏT-in baş katibi vəzifəsini icra edən ilk Türkiyə vətəndaşı olub.

Bu qərar Şimali Amerika, Avropa və Asiyadan olan 57 iştirakçı üzvün təsdiqi ilə qəbul edilib.

ATƏT-də eyni vaxtda açıq olan dörd yüksək vəzifə arasında Türkiyənin baş katibliyə, Yunanıstanın isə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru vəzifəsinə namizədliyi irəli sürülüb və bu namizədlər İki ölkə xarici işlər nazirləri 2024-cü ilin may ayında ortaq məktubla Maltanın Prezidentinə bildirilib.

Yunanıstanın namizədi Mariya Telalian DTİHB-nin direktoru təyin edilib.

Bu vəziyyət Türkiyə-Yunanıstan münasibətlərində son zamanlar yaxınlaşmanın nəticəsi kimi dəyərləndirilir. Bu arada o da qeyd olunur ki, Rum tərəfi və Ermənistan Türkiyənin namizədliyinə etiraz etməyib.

Qeyd edək ki, Feridun Sinirlioğlu bundan əvvəl 2016-2023-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində işləyib 2023-cü ildə BMT Baş katibi tərəfindən Əfqanıstan üzrə Müstəqil Qiymətləndirmə Xüsusi Koordinatoru vəzifəsinə təyin edilib.

Mövzuya görə xəbərlər