BAKI,TurkicWorld
ATƏT-in sədri, İsveçrənin xarici işlər naziri İnqnasio Kassis Kiyevə səfər edib və yaxın vaxtlarda Moskvaya da gedəcəyini bəyan edib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Biz Moskvaya eyni mesajla gedəcəyik: Rusiya, Ukrayna və daha 55 ölkə ATƏT-in üzvüdür. Əgər onlar bu təşkilata ciddi yanaşırlarsa, hamımız mümkün qədər tez bir həll yolu tapmaq üçün birlikdə işləməliyik", – Kassis bildirib.
Qeyd edək ki, 2026-cı ildə ATƏT-ə İsveçrə sədrlik edir.






