Son dəqiqə

Baykar Haluk Bayraktar Kızılelma Akıncı PUA

Baykar 300 milyon dollarlıq mühərrik investisiyası edib

Bakı,TurkicWorld

Baykar, Akıncı pilotsuz uçuş aparatı (PUA) üçün xüsusi olaraq turboprop mühərriki hazırlamaq üçün 300 milyon dollar sərmayə qoyacaq.

TurkicWorld xəbər verir ki, SAHA EXPO Müdafiə Sərgisində çıxış edən Haluk Bayraktar mövzü ilə bağlı məlumat verib.

"Əskik olan hissə, mühərrikdir və indi öz inkişaf layihəmizə başlayırıq",- deyə o bildirib.

Baykar, Akıncı PUA üçün turboprop mühərriki inkişaf etdirmək üçün 300 milyon dollar sərmayə qoyacaq.

Hazırda Akıncı və KIZILELMA-da Ukrayna istehsalı olan mühərriklərdən istifadə etdiyi, lakin İvçenko-Progress şirkəti ilə turbofan mühərriklərinin birgə inkişafı müqaviləsi imzaladığı da bildirilib.

Qeyd edək ki, Baykarın keçən ilki gəliri 2 milyard dollar olduğu halda, əvvəlki il bu rəqəm 1,4 milyard dollar olub. Şirkətin gəlirlərinin 90%-i xarici bazarlardan əldə edilir və Türkiyənin ümumi müdafiə və aerokosmik ixracının təxminən üçdə birini əhatə edir.

Mövzuya görə xəbərlər