Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə 100-ə yaxın şübhəli saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə altı şəhərdə altı ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən “Kuyu-34” və “Kuyu-35” əməliyyatlarında 91 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

"Mütəşəkkil cinayətkar təşkilatlar və dəstələr qazdıqları quyulara düşməyə davam edir. Xalqımızın dəstəyi ilə bizim mübarizəmiz davam edir”,-deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, əməliyyatlar zamanı doqquz sənədsiz silah, üç sənədsiz tüfəng, yeddi kəsici-deşici əşya, narkotik maddə ələ keçirilib

Mövzuya görə xəbərlər