Bakı. TurkicWorld
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ilə Yunanıstanın Dənizçilik və Ada Siyasətləri naziri Kristos Stylianides arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, görüşdə Türkiyənin ərazi sularını pozmasının yaratdığı narahatlıq dilə gətirilib.
Yerlikaya mehriban qonşuluq münasibətlərinin davam etdirilməsi üçün bu cür pozuntuların qəbul edilməz olduğunu bildirib.
Stylianides də iki ölkə arasındakı qonşuluq əlaqələrinin vacib olduğunu deyib.
Hadisənin heç bir siyasi yönü olmadığını ifadə edərək, pozuntuların bir daha təkrarlanmayacağını bildirib.
Məsələ ilə bağlı dərhal araşdırmaya başladıqlarını bildirən yunan nazir, Türkiyə rəsmilərinin baş verənlərlə bağlı məlumatlandırılacağını ifadə edib.