Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə mindən çox miqirant saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə 27 şəhərdə keçirilən Kalkan-27 əməliyyatlarında 1029 miqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.

Dörd gündür davam edən əməliyyatlarda qeyri-qanuni insan miqrasiyası məşğul olan 84 nəfər polis tərəfindən yaxalanıb.

Yerlikaya bilidirib ki qeyri-qanuni insan miqrasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlarını davam etdirəcəklər.

Saxlanılan qeyri-qanuni miqrantlar ölkələrinə geri göndərilmək üçün repatriasiya mərkəzlərinə çatdırılıb.

Mövzuya görə xəbərlər