Son dəqiqə

Ali Yerlikaya

Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb

Bakı,TurkicWorld

Son bir ayda 81 şəhərdə miqrant qaçaqmalçılığı təşkilatçıları və nizamsız immiqrantlara qarşı jandarma tərəfindən həyata keçirilən əməliyyatlarda 200 miqrant qaçaqmalçısı və 4 min 40 qeyri-qanuni immiqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Daxili işlər naziri Ali Yerlikaya aparılan əməliyyatla bağlı X hesabında paylaşım edib.

Paylaşımda nəzarətə götürülənlərdən 82-sinin həbs edildiyi, 31-i barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçildiyi bildirilib.

Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığının İmmiqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə İdarəsinin koordinasiyasında; şəhər Jandarma Komandirliyi tərəfindən aparılan axtarış işləri nəticəsində immiqrant qaçaqmalçılığında istifadə edilən 107 avtomobil ələ keçirilib.

Tutulan qeyri-qanuni immiqrantlar şəhər İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib və dərhal deportasiya prosedurlarına başlanılıb.

Yerlikaya əməliyyatları koordinasiya edən Respublika Baş Prokurorluğunu və əməliyyatları həyata keçirən jandarma qüvvələrini təbrik edib.

Mövzuya görə xəbərlər