Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə sosial mediada beş mindən çox cinayət aşkarlanıb

Bakı,TurkicWorld

Türkiyədə son iki həftədə kiber-patrullar 5 min 18 sosial media hesabındakı paylaşımlarda cinayət elementləri aşkarlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Bu hesablardan 1184-ündə terror, 383-ündə təhlükəsizlik, 84-ündə kiber, 95-ində narkotik, 70-ində qaçaqmalçılıq, 497-sində isə digər cinayətlər aşkar edilib.

“Sosial mediada öz azğın düşüncələri ilə cəmiyyətimizi, xüsusilə uşaqlarımızı və gənclərimizi zəhərləməyə çalışanlara mərhəmət etməyəcəyik”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər