Son dəqiqə

Türkiyə Ali Yerlikaya Çember əməliyyatları

Türkiyənin 81 şəhərində ÇEMBER-23 əməliyyatı keçirilib

Bakı,TurkicWorld

Türkiyənin 81 şəhərində aparılan ÇEMBER-23 əməliyyatı çərçivəsində son bir həftədə 4139 nəfər tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media platformasında açıqlayıb.

Nazir açıqlamada bildirib ki, axtarışda olanlar arasında oğurluq, dələduzluq, qətl və terror kimi cinayətlərə görə məhkum olunanlar var.

Əməliyyat nəticəsində 5 ilə kimi axtarışda olan 4060 nəfər, 5-10 il arası axtarışda olan 51 nəfər, 10 il və daha çox müddət ərzində axtarışda olan 28 nəfər saxlanılıb.

Axtarışda olan şəxslər oğurluq, dələduzluq, qətl, seksual xarakterli cinayətlər, narkotik cinayətləri, terror cinayətləri, KOM (Mütəşəkkil Qaçaqmalçılıq) maddələrinə görə məhküm ediliblər.

Mövzuya görə xəbərlər