Son dəqiqə

Türkiyə İbad Hüseynli

Türkiyədə prospektlərin birinə Milli Qəhrəmanımızın adı verilib

Bakı, TurkicWorld

Türkiyənin Afyonkarahisar vilayətində küçələrin birinə Azərbaycanın milli qəhrəmanı İbad Hüseynlinin adı verilib.

Bu barədə TurkicWorld -a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

Məlumata görə, 4 oktyabr 2024-cü il tarixində 2024/32 saylı şura qərarı ilə Afyonkarahisarın Çayırbağ rayonundakı Kurtuluş küçəsinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adı verilməsi ilə bağlı qərar qəbul edilib.

Rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcəkdir.

Qeyd edək ki, İbad Hüseynli, 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlarla tanınmışdır. Bundan əvvəl Türkiyədə İbad Hüseynlinin adına iki küçə və iki parkın açılış mərasimi olub.

Mövzuya görə xəbərlər