Son dəqiqə

İsrail

Qüdsdəki atışmada iki nəfər yaralanıb

Bakı, TurkicWorld/ ArabAZ

Qüdsün şimalında Qalandiya hərbi keçid məntəqəsində açılan atəş nəticəsində iki nəfər yaralanıb.

Bu barədə TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,yaralıların olmasını İsrail radiosu da təsdiq edib.

Yerli Fələstin platformaları atəş səsləri eşidildikdən sonra İsrail qüvvələrinin Qalandiya keçid məntəqəsində həyəcan təbili çaldığını əsk etdirən videogörüntülər yayınlayıblar.

Qeyd edək ki , dünən çərşənbə axşamı İsrailin cənubundakı Aşdod şəhəri yaxınlığındakı magistral yolda baş verən atışmada bir İsrail polisi ölüb, 4 nəfəri ağırdan orta ağırlığa qədər yaralanıb, hadisəni törədən şəxs isə İsrail tərəfindən öldürülüb.
Aşdoddakı atışma ötən çərşənbə günü Hadera şəhərində 4 fərqli yerdə törədilən bıçaqlı hücumda bir israillinin öldürülməsi və 5 nəfərin yaralanması , hücum edənin isə şəhid olmasından günlər sonra baş verib.

Bu ayın əvvəlində Təl-Əvivdə İslami Müqavimət Hərəkatının ( HƏMAS ) hərbi qanadı Əzəddin əl-Qəssam Briqadalarının üzərinə götürdüyü avtomatik silah və bıçaqlarla həyata keçirilən hücumda 7 nəfər həlak olmuşdu .

Mövzuya görə xəbərlər