Son dəqiqə

İsrail Dünya Bektaşi Mərkəzi

Bektaşi liderindən İsrailə dəstək, mən İsrailin qardaşıyam

Bakı, TurkicWorld

"Mən özümü İsrail xalqının qardaşı hesab edirəm"

TurkicWorld xəbər verir ki, bu sözləri Dünya Bektaşi Mərkəzinin rəhbəri Edmond Brahimaj İsrail KİV- ə verdiyi müsahibə zamanı deyib.

İsrailə bir neçə dəfə səfər etdiyini və onu yenidən görmək istədiyini bildirən Baba Mondi daha əvvəl də İsrailliləri qonaq etdiyini bildirib.

"Mən özümü İsrail xalqının qardaşı kimi görürəm. Oradakı dostlarımla bütün İsraili gəzdim. Onların qonaqpərvərliyindən çox təsirləndim. Onlar məni qardaş və dost kimi qəbul etdilər"-deyə Bektaşi bildirib.

Xatırladaq ki, Baba Mondi Albaniya hökumətindən Tiranada Vatikana bənzər Bektaşi dövləti yaratmaq üçün qanun qəbul etməyi tələb etmişdi.

2 milyon 400 minlik Albaniya əhalisinin yüzdə 5-ini bektaşilər təşkil edir.

Bektaşi təriqətinin müstəqil olmasını istədiyini açıq şəkildə ifadə edən Baba Mondi, "Təriqətin müstəqilliyi dinlərarası dialoqun təşviqində və dünyada zorakı ekstremizmin artmasına qarşı mübarizədə rolunu gücləndirməyə imkan verəcək" deyib.

Mövzuya görə xəbərlər