Son dəqiqə

İsrail İtaliya

İtaliyada Fələstinə dəstək yürüyüşü keçirilib

Bakı,TurkicWorld

İtaliyada UEFA Millətlər Liqasının ikinci qrupunda İtaliya və İsrail milli futbol komandaları arasında keçiriləcək oyundan əvvəl Fələstinə dəstək yürüşü keçirilib.

TurkicWorld xəbər verir ki, oyundan əvvəl Udine şəhərinin mərkəzindəki Repubblica meydanına toplaşan minlərlə insan İsrailin Qəzzada törətdiyi soyqırımı və Livanda davam edən hücumlarına reaksiya verib.

Yürüş zamanı nümayişçilər Fələstin bayraqları və “Azad Fələstinə”, “Soyqırımı dayandırın”, “İtaliya-İsrail matçının nəticəsi = İnsanlığın məğlubiyyəti” yazılı lövhələrlə İsrail milli komandasına etiraz ediblər.

Təşkilatçılar yürüşə təxminən 3 min adamın qatıldığını bildirib və yürüş insidentsiz başa çatıb.

Qeyd edək ki, İtaliya görüşdə İsrailə 4:1 hesabı ilə qalib gəlib.

Mövzuya görə xəbərlər