Son dəqiqə

ABŞ

ABŞ-də qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğradı

Bakı, TurkicWorld

ABŞ Hərbi Dəniz Qüvvələrinin "EA-18G Growler" qırıcısı Vaşinqton ştatında təlim uçuşu zamanı qəza keçirib.

TurkicWorld"The Seattle Times"-a isitinadən xəbər verir ki, qırıcı, "Reyniyer" vulkanının yaxınlığında düşüb.

Məlumatda baş vermiş qəza nəticəsində 2 nəfərin itkin düşdüyü və qəza yerinə "MH-60S" helikopteri ilə axtarış qrupunun göndərildiyi bildirilir.

Qeyd edək ki, "F/A-18 Super Hornet"-in modifikasiyası olan "EA-18G Growler" radioelektron mübarizə qırıcısının qiyməti 67 milyon dollar təşkil edir.

Mövzuya görə xəbərlər