Bakı,TurkicWorld
ABŞ prezidenti Co Bayden İsrailə göndərilən ballistik raketdən müdafiə sistemi ilə bağlı ABŞ Konqresinə məlumat verib.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
Oktyabrın 1-də İranın İsrailə raket hücumlarına toxunan Bayden ölkəsinin “İsrailin təhlükəsizliyinə və İranın təhdidlərindən qorunmasına sadiq olduğunu” bəyan edib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbçilərin İran təhdidinə qarşı yerləşdiriləcəyini açıqladığı Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) batareyası ilə İsrailə gəldiyini açıqlayıb.
Qeyd edək ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.