Son dəqiqə

Cevdet Yılmaz

Yaxın Şərqdə sülh olmasa, qlobal sülhün olması mümkün deyil – Cevdet Yılmaz

Bakı,TurkicWorld

Yaxın Şərqdə, başda Qüdsdə sülh olmasa, qlobal sülhün olması mümkün deyil.

TurkicWorld xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz qatıldığı bir proqramda gündəmlə bağlı sualları cavablandırıb.

Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı sualı cavablandıran Yılmaz bölgənin ümumiyyətlə geosiyasi gərginliyin yüksək olduğu bir dövrdən keçdiyini bildirib.

Yılmaz şimalda Rusiya-Ukrayna müharibəsi olduğunu, cənubda isə Qəzzada hər kəsin ürəyini ağrıdan səhnələr gördüklərini qeyd edib.

Qəzzada insanlığa qarşı törədilən cinayətin heç vaxt unudulmamasına diqqət çəkən Yılmaz, Türkiyə olaraq bu məsələni sona qədər izləyəcəklərini vurğulayıb.

“Bölgəmiz onsuz da bu münaqişələrdən kifayət qədər zərər çəkib. Regiona bu müharibələr və qarşıdurmalar deyil, rifah lazımdır”,- deyə o bidlirib.

Mövzuya görə xəbərlər