Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə Fələstin məsələsini müzakirə edib.
TurkicWorld xəbər verir ki, Ərdoğanla Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Görüşdə İsrailin Fələstin torpaqlarında həyata keçirdiyi soyqırımı, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan görüş zamanı İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada törətdiyi insanlığa qarşı cinayətlərə qarşı beynəlxalq ictimaiyyətin İsrailə təzyiqlərini artırmasının vacibliyini vurğulayıb.
Ərdoğan İsrailin hücumlarına, insan haqları pozuntularına son qoyulmalı və daimi atəşkəs yaradılmalı olduğunu bildirərək, İslam ölkələrinin bu mövzuda birgə addım atmasının vacibliyinə toxunub.
Hafiz Rufizoğlu