Son dəqiqə

İsrail İran ABŞ Livan

Türkiyə İranı gərginliyi azaltmağa razı salmalıdır – ABŞ səfiri

Bakı,TurkicWorld

İranla əlaqələri olan bütün müttəfiqlərimizdən İranı gərginliyi azaltmağa razı salmalarını xahiş edirik və Türkiyə də bu ölkələr arasındadır.

TurkicWorld xəbər verir ki, bi sözləri ABŞ-ın Ankaradakı səfiri Ceff Flake İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

İran-Livan-İsrail xəttində gərginlik günü-gündən artarkən ABŞ vasitəçilik üçün Türkiyəyə müraciət edib. Flake, Türkiyə rəsmilərinin gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni etdiklərini ifadə edib,

Həmçinin Flake Türkiyənin ABŞ və Rusiya arasında Ankarada keçirilən ən genişmiqyaslı məhbus mübadiləsində mühüm rol oynadığını xatırladıb.

Mövzuya görə xəbərlər