Bakı,TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirdəki rəsmi təmasları çərçivəsində, Misirin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Fidan həmkarı Bedr Əbdulatinin dəvəti ilə getdiyi Misirdə təmaslarını davam etdirir.
Danışıqların əsas gündəminin Qəzzadakı hadisələr, humanitar yardımlar və bölgədə artan gərginliyin olacağı təxmin edilir.
Qeyd edək ki, Fidan və Əbdüləti arasında keçiriləcək görüşdə Sisinin Türkiyəyə səfəri zamanı enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları da müzakirə olunacaq.