Son dəqiqə

Türkiyə

Türkiyə yüksək texnologiya sahəsində istehsal bazası olmağı hədəfləyib

Bakı, TurkicWorld

Türkiyə, cəmi 30 milyard dollarlıq "İnnovasiya Hesabat Kartı Göstəriciləri"nin yaxşılaşdırılmasına töhfə verəcək "HİT-30 Yüksək Texnologiya Təşviq Proqramı" ilə nəhənglər liqasına girməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, sözügedən proqram çərçivəsində Türkiyənin, xüsusilə yenilikçi inkişaf edən texnologiya sahələrində qlobal investisiyaların mərkəzinə çevrilməsi hədəflənib.

Bu istiqamətdə edilən ilk 6 çağırışla Türkiyənin yeni nəsil enerji vasitələri, akkumulyator texnologiyaları, çip texnologiyaları, günəş batareyaları və külək turbinləri sahələrində istehsal mərkəzinə çevrilməsi gözlənilir.

Qeyd olunan çağırışlar çərçivəsində 2030-cu ildə Türkiyədə 20 milyard dollardan çox özəl sektor investisiyası edilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, dünyada ən çox Araşdırma-Geliştirme (Ar-Ge) fəaliyyətini həyata keçirən ilk 1000 şirkət tərəfindən Türkiyədə qurulacaq Ar-Ge mərkəzlərinə də təsirli dəstək veriləcək.

Bu 4 proqramla Türkiyədə yüksək texnologiya ixracının sürətlə artırılması, yüksək və orta yüksək texnologiyalı məhsul və xidmətlərin ümumi ixracda payının 50 faizə çatdırılması planlaşdırılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər