Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Türk ordusu son bir həftədə 94 terrorçu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) son bir həftədə 94, ilin əvvəlindən bu günə kimi isə 1521 terrorçunun zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Son bir həftədə qırmızı kateqoriyada yer alan olan 94 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən İraqda 726, Suriyanın şimalında isə 795 terrorçu zərərsizləşdirilib ki, bu da ümumi sayı 1521-ə çatdırıb.

Əməliyyat bölgəsində terrorçulara məxsus çoxlu sayda sursat, mina və rəqəmsal materiallar da ələ keçirilib.

Yanvarın birindən qeyri-qanuni yol ilə sərhədi keçmək istəyərkən tutulanların sayı isə 7102 nəfərə çatıb.

Mövzuya görə xəbərlər