Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri

Türk ordusu altı terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Kara bölgəsində dörd PKK terrorçusu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə iki PKK/YPG terrorçusu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Kara bölgəsində müəyyən edilən dörd PKK, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə iki PKK/YPG terrorçusunu zərərsizləşdirib”,- deyə paylaşımda qeyd olunub.

Sonda əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi bildirilib.

Mövzuya görə xəbərlər