Bakı,TurkicWorld
Netanyahu və İsrail liderlərinə dəstək vermək, onların beynəlxalq hüquq qarşısında cavab vermələrinə mane olmayacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
Nazir, Netanyahunun ABŞ konqresində çıxış etməsinin insanlıq üçün utanc verici olduğunu vurğulayıb.
“BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarına əməl etməyənlər, Beynəlxalq Məhkəmənin soyqırımla bağlı qəbul etdiyi ehtiyat tədbirinə baxmayaraq soyqırımını davam etdirənlər, 40 mindən çox gənc və yaşlı günahsız mülki vətəndaşı qətlə yetirən Netanyahunun danışmasına icazə verilməsi insanlıq üçün utanc vericidir”,- deyə o bildirib.
“Türkiyə olaraq torpaqları illərdir işğal altında olan Fələstinli qardaşlarımızın yanında olmağa, dünyada ədaləti, bərabərliyi və sülhü müdafiə etməyə davam edəcəyik”,- deyə Tunç bildirib.