Bakı, TurkicWorld
Türkiyədə sosial mediada Hz. Məhəmməd haqqında təhqiramiz, çirkin və təxribat xarakterli açıqlamalar verən şəxs həbs edilib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Ədliyyə Naziri Yılmaz Tunç, Hz. Peyğəmbəri təhqir edən şəxsin həbs olunması ilə bağlı öz sosial media hesabından açıqlama verib.
"Sosial mediada paylaşılan videoda sevgili Peyğəmbərimiz haqqında təhqiramiz, çirkin və təxribat xarakterli ifadələrlə bağlı Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqı çərçivəsində şübhəli Z.K. adlı şəxs "ictimaiyyəti kin və düşmənliyə açıq şəkildə təhrik etmək" ittihamı ilə saxlanılıb və Küçükçekmece Növbətçi Sülh Cəza Hakimliyi tərəfindən həbs olundu."- Tunc qeyd edib.
İstintaqın diqqətlə aparıldığını açıqlayan nazir Tunç, "Milli-mənəvi dəyərlərimizi təhqir etməyə heç kimin haqqı yoxdur. Millətimiz arasında nifaq salmaq, birliyimizi pozmaq istəyənlərə əsla icazə verilməyəcəkdir", - deyə bildirib.