Bakı, TurkicWorld
Türkiyədə Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 12 şübhəlidən 6-sı həbs olunub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunub ki, iyulun 17-də Mersin, İzmir, Adana, Niğde, Şanlıurfa, Elazığ və Osmaniye vilayətlərində keçirilən əməliyyatlar nəticəsində FETÖ-nün tələbə strukturlarına mənsub olmaqda şübhəli bilinərək saxlanılan 12 nəfərdən üçü polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıb.
Digər 9 nəfər isə məhkəməyə çıxarılıb, bunlardan 6-sı həbs olunub, 2-sinin ölkəni, 1 nəfərin isə yaşayış yerini tərk etməsi qadağan olunub.