Bakı, TurkicWorld
Marmara dənizinin Balıkesir sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
AFAD-dan verilən açıqlamaya görə, zəlzələ Balıkesirdən 9,70 kilometr aralıda, Marmara dənizində qeydə alınıb.
Zəlzələnin dərinliyi 7,18 kilometr olub.
Hafiz Rufizoğlu