Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Son bir həftədə 72 terrorçu zərərsizləşdirilib – Türkiyə MN

Bakı,TurkicWorld

Türkiyə Silahlı Qüvvələri İraqın şimalı və Suriya da daxil olmaqla son bir həftədə 72, ilin əvvəlindən bu günə kimi isə 1427 terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlama verib.

Nazirlikdən İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusunun Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olduğu deyilib.

“İraqın şimalındakı Pençe-kilit əməliyyatı bölgəsində davam edən axtarış fəaliyyətləri çərçivəsində terrorçulara məxsus anbar, sığınacaq və mağaralarda tonlarla partlayıcı maddə və silah sursat ələ keçirilib”,- deyə nazirlikdən bildirilib.

Sonda İyulun 12-də Pəncə-kilit Əməliyyatı bölgəsində şəhid olan Astsubay Baş Çavuş Bahadır Rıdvan Talaya başsağlığı verilib.

Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.

Mövzuya görə xəbərlər