Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə Kiprdə sülhün olması üçün əlindən gələni edəcək

Bakı,TurkicWorld

Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Kipr türklərini və qəhrəman türk ordusunu hədəf alan yalan və böhtan xarakterli bəyanatını şiddətlə qınayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın müdafiə naziri Dendiasın böhtan dolu sözləri ilə bağlı açıqlama verib.

“Yunanıstanın müdafiə nazirini konstruktiv yanaşma ilə Türkiyə və Yunanıstan arasında münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyan iki ölkə liderlərinin irəli sürdüyü ortaq mövqeyə xələl gətirmək cəhdlərini dayandırmağa çağırırıq. Cənab Dendiasın türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək”,- deyə nazirlikdən bildirilib.

“Mehmetçik dünən və bu gün olduğu kimi sabah da Kiprdə sülhün və əmin-amanlığın olması üçün əlindən gələni edəcək”,- deyə müdafiə nazirliyinin bəyənatında qeyd olunub.

Mövzuya görə xəbərlər