Bakı,TurkicWorld
Fətullahçı Terror Təşkilatının (FETÖ) fərari üzvlərinin təxminən 16 faizinin ABŞ-da, 23 faizinin isə Almaniyada olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya deyib.
Yerlikaya FETÖ-yə qarşı uğurlu əməliyyatlardan sonra təşkilatın fəaliyyətinin böyük hissəsinin xaricə keçirildiyini açıqlayıb.
Axtarışda olan şəxslərin qeyri-qanuni yollarla xaricə qaçmağa çalışdıqlarını ifadə edən Yerlikaya təşkilatın məktəb, media, qeyri-hökumət təşkilatları və ticarət müəssisələri kimi təşkilatlarla beynəlxalq strukturlaşmaya üz tutduğunu vurğulayıb.
“15 iyul xain çevriliş cəhdindən sonra fasiləsiz davam edən əməliyyatlar nəticəsində fəaliyyət sahəsi daralmış FETÖ fəaliyyətini ölkəmizdə davam etdirməyə çalışır. Ölkəmizin hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə bu fəaliyyətlər yaxından izlənilir və müəyyən edilmiş hədəflərə qarşı əməliyyatlar davamlı olaraq həyata keçirilir”,- deyə Yerlikaya bildirib.
“FETÖ-çülərə qarşı 6 min 25 əməliyyatda 9 min 738 adam nəzarətə alındı. 1697 nəfər həbs edilib, 2 min 36 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib”,- deyə nazir vurğulayıb.
Yerlikaya FETÖ ilə mübarizənin fasiləsiz davam etdiyini vurğulayaraq, aparılan araşdırmalar nəticəsində təşkilatın bir çox taktika və üsullarının ifşa edildiyini, aidiyyatı şəxslər barəsində məhkəmə prosesi aparıldığını bildirib.