Bakı, TurkicWorld
Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini tamamlayacaq addımdır.” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək.
“Ən qısa zamanda daimi sülhün bərqərar olması üçün sülh prosesinə töhfə vermək baxımından digər ölkələrin də oxşar yanaşması vacibdir” – deyə o vurğulayıb.
Hafiz Rufizoğlu