Bakı, TurkicWorld
İsrail Qəzzadakı zülmə ən qısa zamanda son qoymalıdır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
Nazirlik, İsrailin xarici işlər naziri Yisrael Katzın sosial media platformasında etdiyi paylaşıma reaksiya verib.
Bəyanatda bildirilib ki, bu cür bəyanatların regionda real gündəmi dəyişməsinə imkan verilməyəcək.
“İsrail hökuməti günahsız fələstinliləri qətlə yetirməklə hakimiyyətdəki ömrünü uzatmağa çalışır, yürütdüyü siyasətlə bölgəmizdə iğtişaşlar və qeyri-sabitlik yaradır. İsrail hökuməti Qəzzada zülmə dərhal son qoymalı və daimi atəşkəsə razılaşmalıdır” – deyə nazirlik qeyd edib.
Açıqlamada Türkiyənin fələstinlilərin hüquqlarını müdafiə etməyə davam edəcəyi vurğulanıb.
Məlumat üçün qeyd edək ki, İsrailin xarici işlər naziri Katz sosial media hesabında Rəcəb Tayyib Ərdoğanı hədəf alan böhtan və təhqir dolu paylaşım edib.
Hafiz Rufizoğlu